Məktəbli avtobusu qəzaya uğradı 28 uşaq xəsarət aldı

Məktəbli avtobusu qəzaya uğradı 28 uşaq xəsarət aldı

Hindistanın Radjastan ştatında məktəbli avtobusunun aşması nəticəsində 28 uşaq xəsarət alıb. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, qəza Bxandarej qəsəbəsində baş verib.

Yerli əhali məktəblilərin təxliyə edilməsinə yardım edib, xəsarət alan məktəblilər təcili xəstəxanaya çatdırılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə