Goranboyda yol qəzası olub

Goranboy rayonunda yol qəzası baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində 4 nəfərin yaralandığı bildirilir.

Hadisə yerinə yol polisi əməkdaşları, təcili tibbi yardım briqadası və Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə