Salyanda iki nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, yolda hərəkətdə olan “VAZ-2107” ilə “Ford” markalı avtomobil toqquşub. Hadisə nəticəsində “Jiquli”nin sürücüsü dünyasını dəyişib, maşında olan sərnişin isə müxtəlif dərəcəli ağır bədən xəsarəti alıb.
Yaralını xəstəxanaya aparan “Mercedes” markalı avtomobilin sürücüsü tələskənlikdən maşını şəhərin Taleh Davudzadə küçəsində işıq dirəyinə çırpıb. Nəticədə sürücü xəsarət alıb. Maşındakı yaralı başqa nəqliyyat vasitəsi ilə xəstəxanaya çatdırılsa da, onun yolda öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB