Dekabrın 6-da saat 00.50 radələrində Mingəçevir şəhərindəki H.Əliyev prospekti ev 1/2 mənzil 75-də, yaşayan Elşad Həsənova məxsus 1 otaqlı mənzildə yanğın baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, nəticədə bütövlükdə mənzilin yanar konstruksiyaları yanıb.
Yanğın söndürüldükdən sonra E.Həsənovun və onun qızı azyaşlı (8 aylıq) Xədicənin yanmış meyitləri tapılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB