Qazax rayonunda 19 yaşlı gənc Kür çayında boğularaq ölüb. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.
Belə ki, Qazax rayonun Yuxarı Salahlı kənd sakini, 1999-cu il təvəllüdlü Orxan Rüstəm oğlu İbrahimov Kür çayının kənd ərazisindən keçən hissəsində çimərkən batıb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB