Qusarda qadın itkin düşüb FOTO

Qusar rayonunun Lanqu qəsəbə sakini, 51 yaşlı Jalə Bədəlova itkin düşüb. Bu barədə SİA-ya DİN mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumata görə, J.Bədəlova avqustun 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Jalə Bədəlova 160 sm boya malik, uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur.