Naməlum avtomobil 22 yaşlı qızı vurub və...

Naməlum avtomobil 22 yaşlı qızı vurub və...

Bakıda naməlum avtomobil piyadanı vuraraq qaçıb. SİA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

R.Bağırov küçəsi, 15 saylı binanın qarşısında Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əliyeva Röya İbrahim qızı hələ ki markası müəyyənləşdirilməyən avtomobillə vurulub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin 37-ci Polis bölməsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə