Bakıda 80 yaşlı lal-kar qadın itkin düşdü

Bakıda 80 yaşlı lal-kar qadın itkin düşdü

Bakıda yaşlı qadın itkin düşüb. SİA-nın məlumatına görə, bu barədə Xətai rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Qəniyeva Karina Vaqif qızı Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə müraciət edərək onunla birgə yaşayan anası, 1938-ci il təvəllüdlü Qəniyeva Emma Hacıbala qızının avqustun 26-da səhər saat 10:00 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığını bildirib.

E.Qəniyeva eşitmə və dil qüsurludur.

Faktla bağlı Polis İdarəsinin 35-ci polis bölməsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə