Lənkəranda soyğunçuluq edən 2 nəfər tutulub

Lənkəranda soyğunçuluq edən 2 nəfər tutulub

Lənkəran polisi şəhər mərkəzində günün günorta çağı soyğunçuluq edən şəxsləri saxlayıb. Şəhər Polis şöbəsinin baş mütəntiqi Rövşən Rəşidovun SİA-nın Cənub bürosuna verdiyi məlumata görə, rayonun Sütəmurdov kənd sakini, 32 yaşlı Mahir Əbilov və onun tanışı 28 yaşlı Abdulla Abbasov qabaqcadan əlbir olaraq Həzi Aslanov xiyabanındakı telefon satışı mağazalarının birində alıcıya qarşı soyğunçuluq ediblər.

Onlar cinayət əlaqəsinə girərək, qrup şəklində özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədi ilə telefon dükanından ucuz qiymətə telefon almaq istəyən Lənkəran şəhər sakini Əliyev Amil Səfail oğlunda pul olduğunu bilərək onu Həzi Aslanov xiyabanı 48 ünvanındakı evin həyətinə dəvət edərək üzərindəki 58 manat pulu zorla ələ keçiriblər.

Lənkəran rayon polis şöbəsi əməkdaşlarının keçirtdikləri əməliyyat axtarış tədbiləri nəticəsində tanışlar yaxalanaraq polis şöbəsinə aparılıblar. Mahir Əbilov və Abdulla Abbasov barəsində Lənkəran rayon məhkəməsi tərəfindən həbs qəti imkan tədbiri seçilib. Saxlanılan hər ikisi barədə cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə