Bakıda yanğın
Bakıda Səbail rayonunda yanğın qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə