Bakıda məişət tullantıları qutusunu oğurlayan şəxs saxlanılıb Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, avqustun 21-də Nərimanov rayonunun C.Hacıbəyli küçəsində yerləşən parkdan məişət tullantıları üçün nəzərdə tutulmuş qutunu oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Əli Ələkbərov 16-cı PB-nin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, Ə.Ələkbərov əvvəllər məhkumluq həyatı yaşayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB