Bakıda 25 baş qoyun oğurlanıb

Bakıda həyətyanı sahədən 25 baş qoyun oğurlanıb.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Suraxanı rayon Polis idarəsinin 30-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 11-də rayon ərazisindəki evlərdən birinin həyətyanı sahəsindən 25 baş qoyun oğurlamaqda şübhəli bilinən Hövsan qəsəbə sakinləri İsmayıl Səlimov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə