Evdə yanğın
Beyləqan rayonunda ev yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Allahyarlı kəndində ümumi sahəsi 228 kvadratmetr olan birmərtəbəli, 5 otaq və aynabənddən ibarət evin 2 otağının, mətbəxinin tavanı 45 kvadratmetr sahədə və dam örtüyünün yanar konstruksiyaları 100 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə