02 dekabr 2010-cu il tarixində saat 19-00-da Şahdağ Milli Parkının Talıstan Meşəbəyliyinin 5 saylı dolayının bələdiyyə ilə sərhəd ərazisində yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yanğın zamanı 2 hektar ərazidə, əsasən xəzəl və kol-kosun yanması müəyyən edilmiş, köküstə ağaclara ziyan dəyməyib.
Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının birgə səyi nəticəsində dekabrın 3-də səhər saatlarında yanğının qarşısı alnıb.
Məlumat üçün bildiririk ki, son bir ay ərzində İsmayıllı rayonunun qeyd olunan ərazisinin yaxınlığında bələdiyyə, meşə fondu torpaqlarında, eləcə də Milli Parkın ərazisində bir neçə yanğın hadisəsi baş vermişdir ki, onların da səbəbinin təxribat olması güman edilir.
Sözügedən yanğın hadisəsi aktlaşdırılaraq araşdırma aparılması və təqsirkarların müəyyən edilməsi məqsədilə sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB