Hacıqabul rayonunda yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 99-FC-868 dövlət qeydiyyat nişanlı "Shagman" markalı yük avtomobili 57-BK-324 dövlət qeydiyyat nişanlı "KamAz" markalı yük avtomobilinə, sonra isə beton maneələrə çırpılıb. Nəticədə "Shagman"ın sürücüsü 1980-ci il təvəllüdlü Gəncə şəhər sakini Əhmədov Taleh Ağakərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB