İtkin düşmüş şəxsin axtarışlarına FHN-in xilasediciləri cəlb olunub

İtkin düşmüş şəxsin axtarışlarına FHN-in xilasediciləri cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlunun 2018-ci il avqustun 10-da Balakən rayonunun İtitala kəndində naməlum şəraitdə itkin düşməsi barədə məlumat daxil olub. FHN-dən SİA-ya bildiriblər ki, avqustun 13-də səhər saatlarında nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri S.Ramazanovun axtarışlarına cəlb edilib.

Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə