Yunanıstanın Evbeya adasında ötən gündən başlayan yanğının söndürülməsi istiqamətyində 400 nəfər və 10-larla texnika gecə boyu fəaliyyətini davam etdirsə də, vəziyyəti nəzarət altına almaq mümkün olmayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 500-dən çox insan təxliyə edilib.
Səhər saatlarında hadisə yerinə əlavə olaraq 2 təyyarə, 4 vertalyot göndərilib.
Mərkəzi Yunanıstanın qubernatoru Kostas Bakoyannis ötən gün fövqəladə vəziyyət elan edib. 500-dən çox kənd və uşaq düşərgəsi təxliyə edilib.
Vəziyyətin ciddiliyini və təhlükəsini nəzərə alaraq, Böhran Vəziyyətləri ilə Mübarizə Şurası dərhal qərar qəbul etmək üçün toplanıb.
Qeyd edək ki, yanğın ötən gün günorta saatlarında, adanın mərkəzi hissəsində, Kalkida şəhərinin şimalındakı Stavros və Kontodespoti kəndləri arasındakı ərazidə meşə zonasında başlayıb. Güclü külək və isti hava şəraiti yanğının sürətlə yayılmasına səbəb olub.
Xatırladaq ki, cari ilin iyulun 23-də Yunanıstanın Şərqində yanğın baş vermişdi. yanğın nəticəsində 94 nəfər ölmüş, 190 nəfər isə yaralanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB