Ağstafa rayonunda ata qızını döyərək ona xəsarət yetirib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Azadə İlqar qızı Bukavadze atası tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən A.Bukavadzenin vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisəyə isə, ailə daxili münaqişənin səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB