Bakının Nizami rayonunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə ümumi sahəsi 963 kvadratmetr olan tikilidə (taxta sexi) qeydə alınıb. Nəticədə obyektin tavanı, içəridəki 3 dəzgah və taxta materialları yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB