Tovuzda yol qəzası baş verib

Tovuz rayonunda yol qəzası baş verib. Report-un məlumatına görə, hadisə rayonun Cəlilli kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan motosikletin idarəetmədən çıxaraq aşması nəticəsində Gürcüstan vətəndaşı olan ər və arvad müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1964-cü il təvəllüdlü Ziyanida adlı qadın xəstəxanaya yerləşdirilib və əməliyyata alınıb. Onun həyat yoldaşına isə ambulator yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə