Neftçalada piyadanı avtomobil vuraraq öldürüb

Neftçalada piyadanı avtomobil vuraraq öldürüb

Neftçala rayonunda piyadanı avtomobil vurub. “Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Xıllı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı minik avtomobili yolu keçmək istəyən, təxminən, 18-20 yaş arasında gənci vuraraq öldürüb. Meyit Salyandakı morqa gətirilib. Həmin piyadanın şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə