Şəmkir sakini qardaşını qətlə yetirib

Şəmkir sakini qardaşını qətlə yetirib

Şəmkirdə dəhşətli qətl hadisəsi baş verib. Rayonun Dəllər Cəyir kənd sakini 1978-ci il təvəllüdlü Çərkəz İbrahimov öz doğma qardaşı Elsəvər İbrahimovu qətlə yetirib. Hadisə dünən, saat 23.00 radələrində baş verib. Mərhumun öz qardaşına nalayiq söyüşlər söyməsi ona həyatı bahasına başa gəlib. Çərkəz İbrahimov özündən 4 yaş kiçik qardaşının ürək nahiyəsinə bir neçə dəfə bıcaq zərbələri endirib.

Şəmkir rayon Polis Şöbəsinin Əməliyyat İstintaq Şöbəsinin rəisi İmaməddin Namazovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, qardaş qatilini hadisədən bir gün sonra xüsusi keçirilən əməliyyatla tutmaq mümkün olub.

Törətdiyi əməldən peşman olan Çərkəz İbrahimov qardaşını öldürmək fikri ilə deyil, qorxutmaq məqsədi ilə bıçaqladığını deyir.

Əlavə edək ki, saxlanılan şəxs daha öncə narkotik vaistələrin qanunsuz satışı və istifadəsi ilə məşğul olduğu üçün məsuliyyətə cəlb olunub. Bu dəfə isə sözügedən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə iş açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə