Saatlıda yol qəzası olub

Saatlı rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Əlisoltanlı kəndində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Əlisoltanlı kənd sakinləri - 1940-cı il təvəllüdlü İsmayılov İldırım Xanlar oğlu və 1965-ci il təvəllüdlü İsmayılov Qubad İdris oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə