Daşkəsəndə süni göldə batan şəxsin meyiti tapılıb

Daşkəsəndə süni göldə batan şəxsin meyiti tapılıb

Daşkəsən rayonunun Əmirvar kəndində süni göldə batmış 1975-ci il təvəllüdlü İmamverdiyev Habil Əli oğlunun axtarışları başa çatıb. FHN-dən SİA-ya verilən məlumata görə, H.İmamverdiyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.​

Bütün xəbərlər Facebook səhifəmizdə