Lənkəran sakini göldə boğulub

Lənkəran rayonunda bir nəfər göldə boğulub. Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, hadisə rayonun Qurumba kəndində süni göldə baş verib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə