İspaniyada qanuni oğrular ələ keçirilib KRİMİNAL+FOTO

İspaniyada qanuni oğrular ələ keçirilib KRİMİNAL+FOTO

İspaniyanın Merbel şəhərində həbs olunmuş üç qanuni oğrudan birinin adı məlum olub. SİA xəbər verir ki, bu barədə “Praym Kraym” informasiya agentliyi məlumat verib. İspan polisi üç nəfərdən birinin Rusiyanın cinayət aləmində nüfuzuna görə 3-cü yerə sahib olduğunu da bildirib.

Nəşrin yazdığına görə, adı açıqlanan qanuni oğru 39 yaşlı İka Suxumskiy ləqəbli İrakli Pipiyadır. Avtoritetin 2012-ci ildə BƏƏ-nin Dubay şəhərində taclandırıldığı deyilir. Həmçinin bildirilir ki, onu qanuni oğru elan edənlər Taro ləqəbli Tariyel Oniani və Suxumski ləqəbli digər avtoritet Merab Cenqveladzedir.

İspaniyadakı əməliyyat zamanı avqustun 5-də məlum olmuşdu. “Europa Press” agentliyi İspaniya polisinin verdiyi məlumata əsasən yazmışdı ki, saxlanılan hər 3 nəfər sui-qəsddə, saxta sənəd düzəltməkdə və mütəşəkkil cinayətkarlıqda ittiham olaraq, həbsə alınıblar. Onların pul müqabilində zaminə buraxılmalarına da icazə verilməyib.

Qeyd olunur ki, onlar getdikləri restoranda İspaniyaya gedəcək və orada mütəşəkkil cinayətkar dəstə yaratmaq istəyən şəxsi öldürmək istəyiblər. Həmin dəstə bu ilin iyununda məhv edilib. Həmin vaxt İspaniyada 129 nəfər saxlanılmışdı və dəstənin əsas tərkibi ermənilərdən ibarət idi. Əməliyyatlar ikili sui-qəsddən sonra başlanmışdı. Belə ki, 2016-cı ildə Kataloniyada Gürcüstan doğumlu iki müətşəkkil cinayətkar dəstəsinin üzvü öldürülmüşdü. Həmin vaxt Kaxaber Şuşanaşvili həbs olunaraq, 21 il həbs cəzası alıb. Sonradan onun həbs müddəti İspaniya məhkəməsi tərəfindən 15 ilə qədər azaldılıb. Bu il isə onu Fransaya ekstradisiya ediblər və orada 10 il həbs cəzası alıb. 2019-cu ildə isə Kaxaber Şuşanaşviliyə yeni cəzanın veriləcəyi qeyd olunur.

Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə