Samur-Abşeron kanalında Sumqayıt sakini batıb

Samur-Abşeron kanalında Sumqayıt sakini batıb

Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində 1 nəfər batıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə