Bərdədə bıçaqlanma hadisəsi olub

Bərdədə bıçaqlanma hadisəsi olub

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Türkmən kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 1996-ci il təvəllüdlü Fərid Əzizov həmyerlisi 1982-ci il təvəllüdlü Seymur Bayramova bir neçə bıçaq zərbəsi endirib.Yarali ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə