Gəncədə yanğın hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Əkbərbəy Rəfibəyli küçəsi, bina 6, mənzil 18-də qeydə alınıb.
Mənzilin mətbəx hissəsi yanıb. Yanğın zamanı evdə olan 3 azyaşlı uşaq qonşu - 33 yaşlı Turanə Zeynalova tərəfindən xilas edilib.
Hazırda Fövqaladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Yanğınsöndürmə İdarəsi tərəfindən yanğının səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB