Tənkəmər dağında yanğınsöndürmə işləri davam etdirilir

Tənkəmər dağında yanğınsöndürmə işləri davam etdirilir

Tənkəmər dağında və ətraf meşəlik ərazilərdə (Quba və Şabran rayonlarının ərazisi) yanğınsöndürmə işləri davam etdirilir. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya bildiriblər ki, hazırda yanğın ocaqlarında tüstülənmə müşahidə olunur, açıq alov yoxdur.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki Müdafiə Qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin “Mi-17” tipli iki helikopteri yanğınsöndürmə işlərində iştirak edir.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə