Fövqəladə Hallar Nazirliyi “Caspian Plaza” biznes mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb. FHN-dən SİA-ya bildiriblər ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Caspian Plaza” biznes mərkəzinin 8-ci mərtəbəsində 30 qoruyucu açar və 8 poqonometr elektrik naqilləri yanıb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Alov yanğın bölmələri çatana kimi söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB