Pirotexniki vasitələr aşkar olunub

Pirotexniki vasitələr aşkar olunub

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-11113-OKA" markalı avtomobilə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, baxış zamanı həmin nəqliyyat vasitəsinin sağ və sol "qanadlarında", gömrük nəzarətindən gizlədilmiş halda 1332 ədəd "Silver Cracker" markalı pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə