Bərdədə maşın mikroavtobusla toqquşub

Bərdədə maşın mikroavtobusla toqquşub

Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində kənd sakini Maarif Heydərovun idarə etdiyi “VAZ-2107” və Laçın rayon sakini Böyükkişi Şirinovun idarə etdiyi “Mercedes” markalı (mikroavtobus) avtomobillər toqquşub.

Nəticədə M.Heydərov hadisə yerində ölüb. Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə