Ekskavator sürücüsü faciəli şəkildə dünyasını dəyişib SƏS TV

Ekskavator sürücüsü faciəli şəkildə dünyasını dəyişib SƏS TV

Lənkəranda ekskavator sürücüsü bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Hadisə rayonun Havzava kəndində qeydə alınıb. Girdəni çayının Havzava kəndindən keçən hissəsində çayın məcrasını dəyişmək üçün ərazidə işləyən ekskavatorda nasazlıq yaranıb. Nasazlığı aradan qaldırmağa çalışan ekskavatorun sürücüsü 59 yaşlı Adıgözəl Bəyverdiyevin üzərinə ekskavatorun çalovu düşüb. Sürücü aldığı xəsarətlərdən elə hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün hadisə yerindən götürülərək Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsində müayinə olunduqdan sonra aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə