Ağdamda avtomobillərdən oğurluq edən şəxs tutulub. Rayon sakinləri Əflatun Abbasov, Vətən Məmmədli və Rüfət Əhmədova tərəfindən onlara məxsus avtomobillərdən şüşələri sındırmaq yolu pul və mobil telefonların oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində avtomobillərə ziyan vuran və oğurluq edən şəxsin əvvəllər məhkum həyatı yaşamış Salahov Ağəli Ceyhun oğlu olduğu müəyyən edilib, həmin şəxs tutularaq istintaqa cəlb olunub. Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB