Nabranda itən 3 yaşlı uşaq belə tapıldı SƏS TV

Nabranda itən 3 yaşlı uşaq belə tapıldı SƏS TV

Ötən gün Nabranda, istirahət mərkəzilərinin birində itkin düşən 3 yaşlı İsmayıl Novruzov tapılıb. Ailəsinə təhvil verilən balacanın həyatı üçün hec bir təhlükə yoxdur. 3 yaslı İsmayıl Novruzov itkin düşdüyü istirahət mərkəzindən 600 metr aralıda tapılıb. O, Xaçmaz rayon Şimali kənd sakini Edik Balaxayev tərəfindən meşəlik ərazidə aşkarlanıb. Onun sözlərinə görə, uşaq huşsuz vəziyyətdə çayın kənarında olub. Ailəsinə təhvil verilən azyaşlıya dərhal tibbi yardım göstərilib. Azyaşlının tapılması ailəsini, xüsusən də babasını çox sevindirib. Babası İsmayıl Novruzov nəvəsinin sağ-salamat tapılmasını möcüzə adlandırıb. Qeyd edək ki, ötən gün Nabrandakı “Mayak” İstirahət Mərkəzində 3 yaşlı Novruzov İsmayıl Elçin oğlu itkin düşmüşdü. Onun axtarışlarına FHN, DİN və digər aidiyyəti qurumlar, eləcə də yerli sakinlər cəlb olunub. Axtarış işləri həm meşədə, həm də dənizdə aparılıb. Axtarışlara xüsusi hazırlıqlı itlər və helikopter cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə