Tehranda iki terror hadisəsi törədilib

Tehranda iki terror hadisəsi törədilib

Noyabrın 29-da Tehranda iki terror hadisəsi törədilib. SİA-nın xəbərinə görə, birinci hadisə "Şəhid Beheşti" Universitetinin yaxınlığında universitetin müəllimi Məcid Şəhriyarinin maşınında quraşdırılmış bombanın uzaq məsafədən partladılması nəticəsində baş verib.

Yerli vaxtla saat 7.45 dəqiqədə törədilmiş hadisə nəticəsində adıçəkilən müəllim yerindəcə həlak olub. Hadisədən az sonra hələlik kimliyi məlum olmayan silahlı şəxslər universitetdə nüvə fizikasından dərs deyən Firudin Abbasi Dəvaninin avtomobilinə bomba atıblar. Nəticədə müəllim və onun həyat yoldaşı ağır yaralanıblar.

Rəsmi dairələr hər iki hadisənin terror olduğunu təsdiqləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə