Qazaxda sərnişin avtobusu qəzaya uğrayıb

Qazaxda sərnişin avtobusu qəzaya uğrayıb

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qazax rayon Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Bakı-Qazax magistral yolunun 438-ci kilometrliyində "VAZ 21099" markalı avtomobil "Mercedes" markalı sərnişin avtobusu ilə toqquşub. Nəticədə avtomobilin sürücüsü, 1966-cı il təvəllüdlü Lətif Vəliyev hadisə yerində keçinib.

Qəza zamanı avtobusda olan sərnişinlərdən heç biri xəsarət almayıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə