Lənkəran rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. SİA-nın cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara yolunun 185-ci km-də, yolun Lənkəran rayonunun Liman şəhəri hissəsində qeydə alınıb.
Lənkəran rayonunun Boladi kənd sakini, 1975-ci il təvəllüdlü Azər Xankişiyev idarə etdiyi "VAZ 21012" markalı avtomaşınla Astara istiqamətində yüksək sürətlə hərəkət edən zaman qarşısına çıxan 2 atı vurub. Avtomaşın zərbədən sola istiqamətlənərək beton divarla çırpılıb, çəpəri, darvazanı dağıdıb, sonra ərazidəki yüksək gərginlikli elektrik dirəyini aşırıb.
Nəticədə sürücü aldığı xəsarətlərdən elə hadisə yerindəcə keçinib. Hadisənin avtomobilin yüksək sürətlə idarə olunması nəticəsində baş verdiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB