Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, Gəncə-Daşkəsən avtomobil yolunun "Stansiya Qızılca" ərazisindən keçən hissəsində iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.
Yaralılardan üçünün uşaq olduğu bildirilir. Hazırda xəstəxanaya yerləşdirilən yaralıların şəxsiyyətləri müəyyənləşdirilir. Faktla bağlı araşdırmalara başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB