Şəmkirdə orta məktəb yanıb

Şəmkir rayonunun "Kür" qəsəbəsindəki orta məktəbdə yanğın hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə zamanı ümumi sahəsi 1600 kvm olan üçmərtəbəli məktəb binasının 54 kvm hissəsi tamamilə yanıb.

Hadisə yerinə cəlb olunan yanğından mühafizə idarəsinin əməkdaşları alovun qarşısını ala bilib. Həmçinin 100-dən artıq şagird dərhal hadisə yerindən uzaqlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə