Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.
Beyləqan rayon sakini, 1977-ci il təvəllüdlü Abbasov Əli Əhəd oğlu idarə etdiyi "Mercedes" markalı 10 GT 787 dövlət nömrə nişanlı avtomobili idarə edərkən yolu keçən piyada Ağayev Firudin Əlisahib oğlunu vurub.
Piyada ağır xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
F.Ağayev xəstəxanada dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törədən Ə.Abbasov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB