Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Masallı Regional Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının böyük həkimi Firudin Qəmbərovun SİA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə gecə saat 03.30 radələrində Masallı şəhəri ərazisində qeydə alınıb.
Naməlum avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb. Ağır xəsarət alan qadın Masallı Regional Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdirilib. Göstərilən ilkin tibbi yardımlara baxmayaraq, qadın hələ də koma vəziyyətindədir. Üstündə heç bir sənədi olmadığından onun şəxsiyyəti hələ müəyyənləşdirilməyib.
Hadisə yerindən qaçmış sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB