Piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb

Piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb

Astara rayonunda yol-nəqliyyat qəzası 13 yaşlı yeniyetmənin ölümü ilə nəticələnib. Astara rayon Polis Şöbəsindən (RPŞ) SİA-nın cənub bürosuna verilən məlumata görə, hadisə bu gün saat 8.00 radələrində Astara rayonunun Şahağacı-Şiyəkəran kənd yolunda baş verib. Rayonun Pensər kənd sakini, 1997-ci il təvəllüdlü Əlizaman Ağazaman oğlu Ağayev velosipedlə hərəkətdə olarkən naməlum avtomobillə vurulub. Ə.Ağayev aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Qəzanı törədən sürücü isə hadisə yerindən qaçıb. Faktla bağlı Astara RPŞ-də cinayət işi açılıb, hadisəni törətmiş sürücünün tapılması üçün tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə