Sərhədçilər yerli sakinin həyatını xilas ediblər

Sərhədçilər yerli sakinin həyatını xilas ediblər

Dövlət Sərhəd Xidmətinin hərbi hissələri və bölmələri tərəfindən sərhədyanı ərazilərdə yaşayan əhaliyə hər zaman mümkün köməklik göstərilib, müxtəlif problemlərinin həllinə dəstək verilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, 2018-ci ilin 01 iyul tarixində Cəlilabad rayonunda yerli sakinin həyatını sərhədçilərin köməkliyi ilə xilas etmək mümkün olub.

Belə ki, həmin tarixdə Cəlilabad rayonu ərazisində Cəlilabad-Göytəpə yolunda sürücünün idarəetməni itirməsi və avtomobilin yoldan çıxaraq ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu zaman avtomobil yoldan keçən Göytəpə şəhər sakini 1984-cü il təvəllüdlü Əliyev Ruslan Əlisəfa oğlunu vurub, nəticədə piyada ciddi xəsarət alıb.

Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin “Ambulance” tibb avtomobili hərbi hissəyə qayıdarkən yol-qəza hadisəsinin baş verməsini müşahidə edib, dərhal hərbi həkim tərəfindən ilkin təcilli tibbi yardım göstərilib və piyada Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. Nəticədə R.Əliyevin həyatını xilas etmək mümkün olub.

Bütün xəbərlər Facebook səhifəmizdə