Quba sakini dənizdə batıb. Xəzər dənizinin Xaçmazın Müqtədir qəsəbəsi sahillərində bir nəfər dənizdə batıb.
SİA-nın məlumatına görə, Quba rayon sakini Səttərov Alim Rizvan oğlu sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Dünyasını dəyişən şəxs Qafqaz Müsəlmanları İdarəsinin Quba nümayəndəliyinin rəhbəri Naib Səttərovun qardaşı oğludur.
Qeyd edək ki, ötən gün daha iki nəfər Müqtədir qəsəbəsində dənizdə batıb. Onlardan birinin meyiti tapılıb, digər şəxsin axtarışları davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB