Sumqayıtda 1 yaşlı uşaq qaynar sudan yanıb

Sumqayıtda 1 yaşlı uşaq qaynar sudan yanıb
Sumqayıt şəhərində 1 yaşlı uşaq qaynar sudan yanıb. SİA-nın məlumata görə, hadisə 4-cü məhəllə ev 13/20 mənzil 20 də qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini 2017-ci il təvəllüdlü Aslanzadə Leyla Rafayıl qızı yaşadığı mənzildə nəzarətsiz qalıb və üzərinə qaynar su dağılıb. Azyaşlı qız dərhal yaxınları tərəfindən uşaq xəstəxanasına çatdılıb. Ona 1-ci və 2-ci dərəcəli termik yanığı diaqnozu qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə