Dənizdə batan 23 yaşlı gəncin meyiti tapılıb

Dənizdə batan 23 yaşlı gəncin meyiti tapılıb

Bakıda dənizdə batan şəxsin meyiti tapılıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 30-da dənizdə batdığı ehtimal olunan 1995-ci il təvəllüdlü Qarayev Müşfiq Mübariz oğlunun axtarışları başa çatıb.

M.Qarayevin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə