Avtobus yarım qoşqu ilə toqquşub 18 ölü,14 yaralı

Avtobus yarım qoşqu ilə toqquşub 18 ölü,14 yaralı

Mərkəzi Çində avtobusun yarım qoşqu ilə toqquşması nəticəsində 18 nəfər ölüb, 14 nəfər isə yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Pekin-Honkonq avtomobil yolunun şərq hissəsində qeydə alınıb. Polisin məlumatına görə, avtobus birdən-birə idarəetməni itirərərək qarşı yola çıxıb və toqquşma həmin yolda baş verib.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Avtomobil yolunda hərəkət bərpa ediilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə