Masallıda 24 yaşlı gənc intihar edib

Masallıda 24 yaşlı gənc intihar edib

Masallı rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan SİA-nın cənub bürosuna verilən məlumata görə, Kalinovka kənd sakini, 1986-cı il təvəllüdlü Əliyev Sərraf Azad oğlu kəndin yaxınlığındakı Qasımlı dəmiryolu stansiyasında ağac dirəyə çıxaraq özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, mərhum iki uşaq atasıdır. Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə